ABŞ-ın Florida ştatının sakini Maykl Qrin “Outback Steakhouse” restoranlar şəbəkəsini məhkəməyə verib.
Medianews.az-ın məlumatına görə, Maykl Qrin iddia edir ki, restoranda əlillər üçün nəzərdə tutulmuş tualetdə unitazın sınması nəticəsində ağır xəsarət alıb.

İddiaçı bildirib ki, tualetdən istifadə etdiyi vaxt unitazın oturacağı qəfil sınaraq çöküb, nəticədə o, həm fiziki, həm də psixoloji ziyana uğrayıb, həm yaralanıb, həm də həyatdan zövq almaq imkanından məhrum olub.

Qrin restoran rəhbərliyini səhlənkarlıqda ittiham edir. Onun sözlərinə görə, unitaz döşəməyə lazımi qaydada bərkidilməyib, bu da təhlükəli vəziyyət yaradıb.
Maykl Qrin “Outback Steakhouse” restoranlar şəbəkəsindən 50 min dollar məbləğində təzminat tələb edir.