Kanadalı aktrisa Kler Brosso uzun illər davam edən psixi sağlamlıq problemlərini əsas gətirərək ölkədə tibbi dəstəklə həyatın sonlandırılması proqramından(evtanaziya) yararlanmaq istədiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, o, bu hüququn verilməsi üçün Kanada hökumətinə qarşı məhkəməyə müraciət edib.
48 yaşlı aktrisa verdiyi müsahibədə uşaqlıqdan müxtəlif psixi pozuntularla mübarizə apardığını bildirib. Onun sözlərinə görə, tətbiq edilən müalicələr nəticə verməyib.
Qanunvericiliyə əsasən, hazırda psixi sağlamlıq problemləri olan şəxslərin bu proqramdan istifadə etməsinə icazə verilmir. K. Brosso da məhz bu məhdudiyyətə etiraz edərək iddia qaldırıb.
Mütəxəssislər isə hüquqi dəyişikliklər baş verərsə, onun 2027-ci ildən sonra bu imkanlardan yararlana biləcəyini qeyd edirlər.
Medianews.az