“Toyuq şorbası soyuqdəymədən yaranan boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər”.
Medianews.az xəbər verir ki, bunu həkim Sabina Donnai deyib.
O qeyd edib ki, xəstəlik zamanı bol maye içmək və sadə qidalar yemək vacibdir. Toyuq şorbası bunun üçün idealdır, çünki mayeləri və elektrolitləri bərpa edir. Bundan əlavə, göyərti, kərəviz, yerkökü və sarımsaq əlavə etsəniz, şorba bədəni zülal, vitaminlər və faydalı amin turşuları ilə təmin edəcək.
"Məsələn, sistein amin turşusu tibbdə seliyi durulaşdırmaq və immuniteti dəstəkləmək üçün istifadə edilən maddəyə bənzəyir və qlisin iltihab əleyhinə təsir göstərir", - deyə Donnai izah edib.
Mütəxəssis həmçinin qeyd edib ki, bir kasa isti şorba boğaz ağrısını sakitləşdirə və burun tıkanıklığını aradan qaldıra bilər. Bundan əlavə, şorba asanlıqla həzm olunur və həzm sistemini həddindən artıq yükləmədən enerji verir.
Medianews.az