Medianews.az
Yaxın Şərq gərginliyi Avropa aviasiyasını sarsdı:
96 baxış

Yaxın Şərq gərginliyi Avropa aviasiyasını sarsdı: Lufthansa 20 min uçuşu ləğv edir

Yaxın Şərqdəki gərginlik səbəbindən artan aviasiya yanacağı qiymətləri Avropada hava nəqliyyatına ciddi təsir göstərib.

Medianews.az-ın məlumatına görə, Almaniyanın hava yolu şirkəti “Lufthansa” açıqlayıb ki, artan xərclər səbəbindən oktyabr ayınadək planlaşdırılan təxminən 20 min qısa məsafəli uçuş ləğv ediləcək. Şirkət eyni zamanda uçuş cədvəllərini optimallaşdıraraq ümumi tutumu azaldır.

Açıqlamaya görə, Yaxın Şərqdəki gərginlikdən sonra yanacaq qiymətləri demək olar ki, iki dəfə artıb. Ləğv edilən uçuşlar təxminən 40 min ton reaktiv yanacağa bərabər həcm deməkdir.

Yeni planlama çərçivəsində xüsusilə gəlirli olmayan qısa məsafəli reyslər azaldılır, uzun məsafəli uçuşlar isə saxlanılır.

Şirkət artıq gündəlik təxminən 120 uçuşun ləğvinə başladığını və yaxın aylarda marşrutların yenidən tənzimlənəcəyini bildirib.

Sektor üzrə digər şirkətlər də oxşar addımlar atır. Yanacaq böhranı fonunda Avropada aviasiya sektorunda risklərin artdığı qeyd olunur.

Medianews.az

Bizə qoşulun