Medianews.az
Yata bilməyənlər üçün
102 baxış

Yata bilməyənlər üçün 5 faydalı məsləhət

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır.

Medianews.az xəbər verir ki, mütəxəssislər isti yay gecələrində daha rahat yatmaq üçün bir neçə sadə məsləhət veriblər.

Ayaqları sərin saxlayın
Yatmazdan təxminən 10 dəqiqə əvvəl bir cüt nazik corabı yüngülcə nəmləndirib dondurucuya qoyun. Daha sonra onları geyinərək yatın. Ayaqların sərin qalması bədən istiliyinin tənzimlənməsinə və yuxuya getməyin asanlaşmasına kömək edir.

Rahat vəziyyətdə yatın
Yataqda qollarınızı və ayaqlarınızı açıq vəziyyətdə saxlamaq bədən ətrafında hava dövranını artırır. Yan üstə yatmaq isə bədəndə yığılan istiliyin daha rahat yayılmasına şərait yaradır.

Qidalanmanıza diqqət edin
Lif baxımından kasad, şəkər və doymuş yağlarla zəngin qidalar yuxunun keyfiyyətini aşağı sala bilər. Yay aylarında daha yüngül və balanslı qidalanmaq tövsiyə olunur.

Təbii parçalara üstünlük verin
Sintetik yataq dəstləri və qalın örtüklər əvəzinə pambıq və ya bambu kimi təbii materiallardan istifadə edin. Bu parçalar hava keçirmə xüsusiyyətinə malik olduğu üçün gecə istinin təsirini azaldır.

Gün ərzində kifayət qədər su için
Mütəxəssislər yatmazdan əvvəl həddindən artıq su içməyi deyil, gün ərzində maye qəbulunu normada saxlamağı məsləhət görürlər. Bu həm orqanizmin temperaturunu tənzimləyir, həm də gecə tez-tez oyanaraq tualetə getməyin qarşısını alır./Axşam.az

Bizə qoşulun