Medianews.az
Yağlı tavaları hansı su ilə yumaq lazımdır? -
68 baxış

Yağlı tavaları hansı su ilə yumaq lazımdır? - Ekspertlər açıqladı

Mütəxəssislər bildirirlər ki, yağlı tava və qazanları yumaq üçün isti su daha effektiv hesab olunur.

Medianews.az xəbər verir ki, “Martha Stewart” nəşrinin yazdığına görə, isti su bərkimiş yağı yumşaldır və qabyuyan vasitənin çirki daha asan təmizləməsinə kömək edir.

Təmizlik üzrə ekspert Alisiya Sokolovskinin sözlərinə görə, soyuq su yağın daha da bərkiməsinə səbəb olur və nəticədə qabları təmizləmək çətinləşir. İsti su isə yağın səthdən ayrılmasını sürətləndirir.

Bununla belə, bəzi hallarda soyuq su daha faydalı ola bilər. Ekspertlər qeyd edirlər ki, istifadə sonrası çox isti olan tavaya dərhal qaynar su tökmək qabın deformasiyasına və yapışmayan örtüyün zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən tava əvvəlcə soyudulmalı və ya ilıq-soyuq su ilə yaxalanmalıdır.

Həmçinin, yumurta kimi protein tərkibli qida qalıqları tavaya yapışdıqda, əvvəlcə soyuq su ilə yumaq daha effektiv sayılır. Mütəxəssislər yağlı qabların hər istifadədən sonra yaxşı təmizlənməsini tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun