FIFA DÇ-2026-nın 1/16 finalında keçirilən Portuqaliya-Xorvatiya matçında (2:1) Xorvatiya millisinin 90+13-cü dəqiqədə vurduğu qolun ləğvi ilə bağlı bəyanat yayıb.
Medianews.az xəbər verir ki, matçın rəsmi topu olan “Trionda”ya quraşdırılmış “Connected Ball Technology” sistemi hücum zamanı İqor Matanoviçin topa toxunduğunu müəyyən edib.
Bundan sonra top Mario Paşaliçin önünə düşüb. Paşaliç isə həmin anda ofsayd vəziyyətində olduğundan qol haqlı olaraq qeydə alınmayıb.
FIFA vurğulayıb ki, topun daxilində yerləşdirilən IMU sensorları ən kiçik təması belə qeydə almaq imkanına malikdir. Bu texnologiya hakimlərə daha sürətli və dəqiq qərar qəbul etmək üçün əlavə məlumat təqdim edir.
Xorvatiya Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb./Yeni Sabah