Medianews.az
Xocavənd rayonunda minalanmış ərazidə
118 baxış

Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.

Medianews.az "Report"-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bizə qoşulun