Çində kişi xəyanəti arvadından gizlətmək üçün az qala məşuqəsini öldürəcəkdi.
Medianews.az xəbər verir ki, hadisə Quanqdonq əyalətində baş verib.
Kişinin arvadı evə gözlənilməz vaxta qayıdıb. Həmin an kişi məşuqəsini onuncu mərtəbədəki pəncərədən çıxmağa məcbur edib.
Qadın karnizdən yapışaraq drenaj borusuna tərəf gedib. O, möcüzəvi şəkildə doqquzuncu mərtəbənin eyvanından yapışıb və qonşularının pəncərəsini döyüb. Qonşular onu xilas ediblər. Bütün hadisə qonşu binanın sakinləri tərəfindən videoya çəkilib.
Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Medianews.az