Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 342 min ton avtomobil benzini istehsal edilib.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 131.4 min ton və ya 10.9% çoxdur. Ötən ilin ilk 11 ayında ölkədə 1 milyon 211 min ton avtomobil benzini istehsal olunmuşdu.
Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 13 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.6 faiz artıb. Neft məhsullarından mazut istehsalı 2.1 dəfə, neft koksunun istehsalı 25.8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 18.4 faiz, ağ neft istehsalı 14,3 faiz artıb. Neft bitumu istehsalı 5.1 faiz, sürtkü yağları istehsalı isə 48.3 faiz azalıb./Oxu.az