Medianews.az
“Xaç atası”nın ulduzu TANINMAZ HALDA -
84 baxış

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

Hollivudun ən məşhur aktyorlarından biri olan Al Paçino uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxıb.

Medianews.az xəbər verir ki, 86 yaşlı Oskar mükafatlı aktyor Nyu-Yorkda keçirilən tədbirlərdən birində fotosessiyaya qatılıb.

Uzun müddətdir kameralardan uzaq qalan sənətkarın tədbirdəki görüntüləri böyük maraqla qarşılanıb.

Kino tarixinin ən yaddaqalan ekran obrazlarına həyat verən Al Paçino son görünüşü ilə də diqqət mərkəzinə düşüb. Yaşının təsiri ilə görünüşündəki dəyişikliklər və yorğun siması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"The Godfather", "Scarface" və "Scent of a Woman" kimi məşhur ekran əsərlərindəki rolları ilə dünya kinosunun əfsanəsinə çevrilən aktyor bu gün də milyonlarla pərəstişkarın diqqətini cəlb edir.

Karyerası ərzində çoxsaylı nüfuzlu mükafatlara layiq görülən Al Paçino, 86 yaşında olmasına baxmayaraq Hollivudun ən tanınmış simalarından biri olaraq qalır.

Medianews.az

Bizə qoşulun