“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Medianews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək. O, 2023-cü ildən bu komandada çıxış edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev, və İssouf Paro ilə müqaviləni uzadıb./Qol.az