Medianews.az
Naxçıvanda iyulun 10-u ilə bağlı
100 baxış

Naxçıvanda iyulun 10-u ilə bağlı açıqlama

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində iyulun 10-da suyun verilişində fasilə olacaq.

Medianews.az xəbər verir ki, diametri 355 millimetr olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həmin gün saat 00:00-dan etibarən Naxçıvan şəhərinin Zərifə Əliyeva, Əliqulu Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılmasından sonra suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.

Bizə qoşulun