ABŞ ordusunun İranın cənub və mərkəz bölgələrinə endirdiyi zərbələr gecə saatları ərzində də davam edib.
Medianews.az Manşet.az-a istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan və Şiraz şəhərləri ilə yanaşı, ölkənin cənubundakı Çabahar, Konarak, Bəndər-Lenge, Sirik və Abadan şəhərlərini hədəfə alıb.
İran rəsmiləri hücumlar nəticəsində insan tələfatının qeydə alınmadığını bildiriblər. Qeyd olunub ki, dəymiş maddi ziyanın həcminin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir və bununla bağlı əlavə məlumat veriləcək.
ABŞ ordusu son əməliyyatların məqsədinin İranın Hörmüz boğazı sahilindəki hərbi imkanlarını zəiflətmək olduğunu açıqlayıb.
Buna cavab olaraq İran "Nəsr-2" əməliyyatının 24-cü mərhələsi çərçivəsində Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.