Medianews.az
Rusiyada bazar bağlandı,
120 baxış

Rusiyada bazar bağlandı, etiraz başladı

Ermənistanda balıqçılıq təsərrüfatları Rusiyaya tədarükün dayandırılmasından sonra ixrac probleminin həllini tələb edərək hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.

Medianews.az xəbər verir ki, balıq istehsalçıları Avropa bazarının hələ də onlar üçün bağlı olduğunu vurğulayırlar.

"Balıq təsərrüfatlarının həcmini Avropa bazarında satmaq qeyri-realdır. Söhbət 15.000 ton diri balıqdan gedir. Bundan əlavə, Rusiyadan qaytarılan soyuducuda olan balıqlar da var", - deyə Respublika Balıq Fermerləri Birliyinin sədri Artur Atoyan eyd edib. 

Onun sözlərinə görə, Rusiya bazarını inkişaf etdirmək üçün Ermənistan balıq təsərrüfatlarına 30 il zəhmət lazım olub. Buna görə də balıq istehsalçıları hazırda dövlət dəstəyi gözləyirlər.

Xatırladaq ki, iyun ayında Rusiya bütün Ermənistan müəssisələrindən balıq məhsullarının daşınmasını məhdudlaşdırıb. Rusiya bazarında məhsul satmaq imkanı olmadan Ermənistan balıq ixracından əldə etdiyi gəlirin 98%-ni və ya təxminən 80 milyon dolları itirəcək.//Unikal.az

Bizə qoşulun