Medianews.az
Şri-Lankada zavodda yanğın:
89 baxış

Şri-Lankada zavodda yanğın: Beş nəfər öldü

Şri-Lankada qoruyucu dəbilqə istehsalı zavodunda baş verən yanğın nəticəsində azı beş nəfər ölüb.

Bu barədə "Daily Mirror" məlumat yayıb.

Hadisə Kolombo şəhərindən 24 kilometr cənub-şərq istiqamətində yerləşən Xomaqama şəhərinin sənaye zonasında qeydə alınıb.

"Xinhua" agentliyinin yerli polisə istinadla verdiyi xəbərə görə, yanğın başlayan vaxt binanın daxilində 80-dən çox əməkdaş olub.

Yanğınsöndürmə işlərinə 10-a yaxın xüsusi texnika cəlb olunub və alovu nəzarət altına almaq mümkün olub. Xilasedici qruplar binada köməksiz vəziyyətdə qala biləcək şəxslərin tapılması üçün axtarış əməliyyatlarını davam etdirirlər./oxu.az

Bizə qoşulun