Medianews.az
Vəkillərin sayı və ödənişlərlə bağlı son məlumat
49 baxış

Vəkillərin sayı və ödənişlərlə bağlı son məlumat AÇIQLANDI

Son 3 ildə vəkilliyə test üsulu ilə 6 yazılı imtahan keçirilib. Ümumilikdə son 8 il ərzində bu rəqəm 16-ya çatıb Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatıb. Qeyd olunanlardan 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin növbəti konfransında çıxışı zamanı deyib.

Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğunu qeyd edən sədr 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırıldığını bildirib: "Qeyd edim ki, 2025-ci ildə vəkillərə 34 min 73 qərar üzrə 5 milyon 999 min 874 manat ödənilib. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılıb".

Bizə qoşulun