Bu gün Azərbaycanda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb ölkə ərazisinin bəzi yerlərində hökm sürən dumanlı hava şəraitidir.