Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Medianews.az Modern.az-a istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.
Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib.