Misli Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Kəpəz”lə “Şamaxı” qarşılaşacaq. Günün digər oyunu “Zirə” ilə lider “Sabah” arasında keçiriləcək.
Daha əvvəl keçirilmiş oyunlarda “Karvan-Yevlax” “Sumqayıt”a uduzub (0:2), “Qəbələ” isə “İmişli”yə qalib gəlib – 3:2. “Araz – Naxçıvan” - “Neftçi” və “Qarabağ” - “Turan Tovuz” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası 18-ci tur
31 yanvar
“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
Yevlax şəhər stadionu, 14:30.
“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.