Medianews.az
Uşaqların aqressiv olmasının səbəbləri
93 baxış

Uşaqların aqressiv olmasının səbəbləri bəlli oldu

Psixoloqlar bildirirlər ki, uşaqlarda aqressiv və zorakı davranışın əsas səbəblərindən biri ailədəki yanlış tərbiyə üsullarıdır.

Medianews.az “HuffPost” nəşrinə istinadən xəbər verir ki, uşağın davamlı tənqid olunması, hisslərinin kiçildilməsi və ya lağa qoyulması onda özgüvən problemleri yaradır.

Klinik psixoloq Ember Torntonun sözlərinə görə, özünü dəyərsiz hiss edən uşaqlar güclü görünmək üçün başqalarını incitməyə meyl edə bilirlər. O bildirib ki, valideynlərin qışqırması, sərt münasibəti və ya uşağın emosiyalarını görməzdən gəlməsi aqressiv davranışı artırır.

Mütəxəssislər qeyd edirlər ki, uşaqlar evdə gördükləri davranış modelini təkrarlayırlar. Əgər ailədə təhqir, kobudluq və hörmətsizlik adi haldırsa, uşaq bunu normal münasibət forması kimi qəbul edir.

Psixoloqlar valideynlərə tövsiyə edir ki, uşaqlarla açıq ünsiyyət qursunlar, onların hisslərini dinləsinlər və konfliktlərdən sonra sakit şəkildə izah aparsınlar. Onların fikrincə, özünü təhlükəsiz və dəyərli hiss edən uşaqların zorakı davranış göstərmə ehtimalı daha az olur.

Medianews.az

Bizə qoşulun