Medianews.az
Uşaq futbol qapısının altında qalaraq
98 baxış

Uşaq futbol qapısının altında qalaraq ÖLDÜ - FOTOLAR

Braziliyada 11 yaşlı uşaq futbol meydançasında baş verən faciə nəticəsində dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, hadisə mayın 9-da San-Joze-da-Lapa bələdiyyəsində qeydə alınıb.

Məlumata görə, uşaq atasının futbol oyununu izləməyə gəlib. Oyun başa çatdıqdan sonra uşaqlar meydançada oynayarkən uşaq futbol qapısına söykənib və ya ondan asılıb. Düzgün bərkidilməyən qapı qəfil aşaraq onun başına dəyib.

Ata oğlunu dərhal xəstəxanaya aparsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Yerli hakimiyyət hadisə ilə bağlı araşdırmaya başlayıb. Hazırda futbol qapısının niyə təhlükəsiz şəkildə quraşdırılmadığı araşdırılır.

Medianews.az

Bizə qoşulun