Uzun müddətdir Türkiyədə yaşayan ukraynalı qadın onu təəccübləndirən türk adətləri ilə bağlı sosial mediada danışıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qadını təəccübləndirən Türkiyədə süpürgə, tava və mikser kimi məişət texnikasının qadınlara xüsusi günlərdə hədiyyə edilməsi olub.
O bildirib ki, Ukraynada bunlar yalnız gündəlik istifadə əşyası sayılır. "Burada süpürgə, tava, qarışdırıcı qadın üçün hədiyyədir. Əvvəlcə zarafat olduğunu düşündüm" – deyə o qeyd edib.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh alıb. İzləyicilər arasında qadınla həm razılaşanlar, həm də məişət texnikasını faydalı hədiyyə hesab edənlər olub.
Medianews.az