Sovet və rus kino aktrisası Lyudmila Solodenko 13 fevral tarixində 76 yaşında vəfat edib.
Bu barədə kino-teatr.ru portalı məlumat yayıb.
Aktrisa “Kin-Dza-Dza” və “Dünyanın Səkkizinci Möcüzəsi” filmlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasına tanış idi. Ölüm səbəbi açıqlanmayıb.
Lyudmila Solodenko 4 sentyabr 1949-cu ildə Odessada anadan olub. O, Ümumrusiya Estrada Sənəti Yaradıcılıq Emalatxanasını bitirib və 1972-ci ildən aktyorluq fəaliyyətinə başlayıb.
Yaradıcılığı ərzində 18 layihədə iştirak edən aktrisa “Gecənin Salnaməsi”, “Xoakin Murietanın Ulduzu və Ölümü”, “TASS-ın Elan Etmək Səlahiyyəti…”, “Xüsusi Məqsədli Kurort” və digər filmlərdə rol alıb./Ajans.az/