Medianews.az
Türkiyənin günlərdir danışdığı qadın
50 baxış

Türkiyənin günlərdir danışdığı qadın belə saxlanıldı - VİDEO

İstanbulda ictimai nəqliyyatda özünü prokuror kimi təqdim edərək sərnişinləri hədələyən qadın polis tərəfindən saxlanılıb.

Medianews.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən istintaq başladılıb.

Sosial mediada yayılan görüntülərdə qadının sərnişinlərdən birinə “Səni öldürəcəyəm, fanatik, görək bundan sonra Türkiyədə qala bilərsənmi, polis mənim əmrimdədir” dediyi əks olunub. Bu ifadələrdən sonra prokurorluq tərəfindən “təhdid” və “ictimaiyyətə qarşı nifrət və düşmənçilik və ya alçaldıcı təhrik” maddələri ilə araşdırma aparılır.

İstintaq zamanı məlum olub ki, Y.S. kimi tanınan şübhəli daha əvvəl Ədliyyə Peşə Məktəbində təhsil alıb, lakin oranı yarımçıq qoyub. Hazırda isə Təhsil Fakültəsinin “Tibbi sənədləşmə və katiblik” ixtisası üzrə həm açıq, həm də distant təhsil proqramında aktiv tələbədir.

Polis tərəfindən saxlanılan Y.S. əlləri qandallı şəkildə polis bölməsinə aparılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Medianews.az

'Savcıyım' deyip tehditler savuran kadın böyle gözaltına alındı

Bizə qoşulun