Medianews.az
Məşhur müğənninin anası bu addımı ilə gündəm oldu -
64 baxış

Məşhur müğənninin anası bu addımı ilə gündəm oldu - 3 günə 160 min...

Türkiyəli məşhur müğənni Aleyna Tilkinin anası Havva Öztel İnstaqramın kontent yaradıcıları üçün nəzərdə tutulmuş pullu abunə sisteminə qoşulub.

Medianews.az xəbər verir ki, qısa müddətdə böyük maraq görən Öztel sosial mediada gündəm olub.

İddialara görə, pullu sistemə keçdikdən cəmi üç gün sonra Havva Öztel 1785 abunəçiyə çatıb. Onun izləyicilərinə eksklüziv paylaşımlar təqdim etdiyi bildirilir.

Sosial mediada yayılan məlumatlara əsasən, Öztel bu müddət ərzində təxminən 160 min türk lirəsi gəlir əldə edib.

Havva Öztelin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri təşəbbüsü uğurlu marketinq addımı kimi qiymətləndirərkən, digərləri qısa müddətdə əldə edilən yüksək qazancı təəccüblə qarşılayıb.

Öztelin izləyiciləri ilə daha yaxın ünsiyyət qurmaq məqsədi daşıyan bu təşəbbüsü hazırda sosial mediada ən çox danışılan mövzulardan biridir.

Medianews.az

Aleyna Tilki'nin annesi, 3 günde paraya doydu

Aleyna Tilki'nin annesi, 3 günde paraya doydu

Bizə qoşulun