Medianews.az
“WhatsApp”da
58 baxış

“WhatsApp”da yeni funksiya

“WhatsApp”da mesajların mətnini “spoyler” altında gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilməyə hazırlanır.

Medianews.az xəbər verir ki, bu barədə “TestFlight” vasitəsilə tətbiqin iOS üçün nəzərdə tutulmuş son sınaq versiyasında sözügedən seçimi aşkar edən “WABetaInfo” (WBI) portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, istifadəçilər ayrı-ayrı sözləri və ya bütün mesajı gizlədə biləcəklər. Bu prosedurdan sonra mətn boz rəngli zolaqla örtüləcək. Məzmunu görmək üçün qəbul edən şəxs gizli sahənin üzərinə sıxmalı olacaq. Analoji funksiya 2021-ci ilin sonundan etibarən “Telegram”da mövcuddur.

“WhatsApp”da bu seçim formatlaşdırma menyusunda qalın, kursiv və üstü cızılmış yazı alətlərinin yanında görünəcək. Həmçinin sintaktik üsul da nəzərdə tutulub: mətni gizlətmək üçün lazımi fraqmentin əvvəlinə və sonuna qoşa şaquli xətt əlavə etmək kifayətdir.

Qeyd olunur ki, seçim hələ hazırlıq mərhələsindədir və hətta beta-testerlər üçün də əlçatan deyil. Şəkillər və digər mesaj növləri üçün (“Telegram”da olduğu kimi) spoyler dəstəyinin olub-olmayacağı barədə hələlik məlumat yoxdur.

Mətni spoyler altında gizlətmək imkanının “WhatsApp”ın rəsmi versiyasında nə zaman görünəcəyi açıqlanmır.

Bizə qoşulun