Medianews.az
Cem Yılmaz ilə bağlı dediyi sözlər
55 baxış

Cem Yılmaz ilə bağlı dediyi sözlər GÜNDƏM OLDU

Türkiyəli müğənni Aysu Baçeoğlu qatıldığı televiziya proqramında məşhur komediya ustası Cem Yılmazla bağlı diqqətçəkən bir xatirəsini bölüşüb.

Medianews.az xəbər verir ki, Baçeoğlu Cem Yılmazın verilişlərindən birində ön sırada, protokol oturacağı istədiyini açıqlayıb.

Sənətçinin sözlərinə görə, o, Cem Yılmaza “Sizin verilişinizə gəlmək istəyirik, ön sırada protokol oturacağı istəyirik” deyə müraciət edib. Yılmaz isə mehriban şəkildə cavab verərək neçə nəfər olacaqlarını soruşub.

“10 nəfər dedim, bir daha zəng etmədi”,-deyə Aysu Baçeoğlu bildirib.

Aysu Baçeoğlu bildirib ki, 10 nəfərlik qrup olduqlarını deyəndən sonra maraqlı vəziyyət yaranıb. Onun sözlərinə görə, Cem Yılmaz “Yaxşı, Aysu, beş dəqiqədən sonra sənə zəng edərəm” deyib.

Lakin müğənni iddia edir ki, həmin danışıqdan sonra Cem Yılmaz bir daha onunla əlaqə saxlamayıb.

Baçeoğlu yaşadığı məyusluğu yumorla ifadə edərək bu hadisəni proqramda gülərək danışıb. Onun açıqlaması sosial mediada da maraqla qarşılanıb.

Medianews.az

Bizə qoşulun