Medianews.az
Türkiyəni seçdiyi üçün qalmaqal yaşandı -
62 baxış

Türkiyəni seçdiyi üçün qalmaqal yaşandı - FOTO

Nigeriyalı sprinter Favour Ofili karyerasının növbəti mərhələsində Türkiyə adından yarışmaq istədiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, 23 yaşlı idmançının bu qərarı vətənində ciddi rezonans doğurub.

Ofili açıqlamasında bildirib ki, bu addımı karyerasını xilas etmək üçün atır: “Karyeramı xilas etmək üçün Türkiyəni seçdim. Qalan vaxtımdan maksimum istifadə etmək üçün doğru zamandır”.

Gənc atletin qərarı Nigeriyada böyük ajiotaj yaradıb. "Nigeria National Sports Commission" məsələ ilə bağlı açıqlama yayaraq Ofilinin Türkiyəyə transferinin mümkün olmadığını bildirib.

Komissiyanın yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Ofili ötən il Milli İdman Şurasından təlim təqaüdü alan elit idmançılar sırasında olub və bu səbəbdən başqa ölkəyə keçidi məhdudlaşdırıla bilər.

Rəsmi açıqlamada qeyd olunub ki, əgər Ofili başqa bir ölkə adından yarışmaq istəyərsə, 2028-ci ilin sentyabr ayına qədər gözləməli olacaq.

Beləliklə, dünya səviyyəli sprinterin Türkiyə üçün yarışmaq istəyi beynəlxalq idman camiəsində də müzakirələrə səbəb olub. Prosesi hansı istiqamətdə inkişaf edəcəyi isə qarşıdakı aylarda məlum olacaq.

Medianews.az 

Tercihini Türkiye'den yana kullandı, ülkesinde ortalık ayağa kalktı

Bizə qoşulun