Medianews.az
27 yaşlı fenomen qəfil öldü -
50 baxış

27 yaşlı fenomen qəfil öldü - FOTO

Braziliyalı sosial media fenomeni Bianka Dias kosmetik əməliyyatdan sonra yaranan ağırlaşmalar səbəbindən 27 yaşında həyatını itirib.

Medianews.az xəbər verir ki, gənc fenomenin qəfil ölümü izləyiciləri və yaxınlarını sarsıdıb.

Məlumata görə, Dias əməliyyatdan sonra San-Paulu yaxınlığında yerləşən evində özünü pis hiss etməyə başlayıb. Onun ilk öncə nəfəs darlığından əziyyət çəkdiyi bildirilir.

İddialara görə, gənc fenomen kosmetik əməliyyatlardan sonra nadir, lakin ciddi risklərdən biri sayılan ağciyər emboliyasına məruz qalıb. Bu zaman ağciyərdə yaranan laxta qan dövranını bloklayaraq həyati təhlükə yaradırb.

Vəziyyəti qəfil ağırlaşan Dias dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi xəbəri Diasın yaxın dostu Giovanna Borges sosial media hesabında təsdiqləyib. O bildirib ki, Bianka əməliyyatdan sonra evdə bərpa dövrü keçirdiyi zaman ağciyərində laxta yaranıb.

Borgesin sözlərinə görə, Dias ölümündən əvvəl iki dəfə tutma keçirib və xəstəxanaya çatdırılanda artıq həyatda olmayıb.

Gənc fenomenin qəfil ölümü sosial mediada geniş rezonans doğurub və kosmetik əməliyyatların riskləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Medianews.az

Sosyal medya fenomeninin acı sonu! Henüz 27 yaşındaydı

Bianca Dias, a Brazilian influencer, wearing a plaid shirt and white top, seated in a car.

Brazilian influencer Bianca Dias posing for a photo.

Bizə qoşulun