Medianews.az
Məşhur aktrisanın qalmaqallı sözləri gündəm oldu -
49 baxış

Məşhur aktrisanın qalmaqallı sözləri gündəm oldu -

Məşhur aktrisa Deniz Çakır teleseriallarda partnyorlar arasındakı yaş fərqi ilə bağlı müzakirələrə münasibət bildirib və sənayedəki ikili standartları tənqid edib.

Medianeews.az xəbər verir ki, o, kişi və qadın aktyorlar arasında yaş qavrayışında açıq fərq olduğunu vurğulayıb.

Aktrisanın sözlərinə görə, seriallarda daha çox qadının gənc, kişinin isə yaşlı olduğu rollara rast gəlinir və bu artıq adi hal kimi qəbul edilir. Çakır bu yanaşmanı ədalətsiz adlandırıb.

Son dövrlər televiziya dünyasında partnyorlar arasındakı yaş fərqi yenidən gündəmə gəlib. Xüsusilə, eyni layihədə tərəf müqabili olan Kenan İmirzalıoğlu ilə Afra Saraçoğlu arasında 23 yaş fərqinin olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Deniz Çakır'dan dizi sektörüne sitem: Haksızlık bu

Bənzər tənqidlər Murat Yıldırım ilə Cemre Baysel arasındakı təxminən 20 yaş fərqi üçün də səsləndirilib.

Deniz Çakır isə məsələyə daha ümumi prizmadan yanaşaraq bunun yeni problem olmadığını, lakin illərdir davam edən bir yanaşma olduğunu diqqətə çatdırıb. Onun fikrincə, sənayedə qadın və kişi aktyorlara münasibətdə bərabərlik hələ də tam təmin olunmayıb.

Aktrisanın bu açıqlaması televiziya sektorunda “ikili standart” mövzusunu yenidən gündəmin əsas müzakirə predmetinə çevirib.

Medianeews.az

Deniz Çakır'dan dizi sektörüne sitem: Haksızlık bu

Bizə qoşulun