Medianews.az
Türkiyəli aktrisa faciəvi şəkildə
143 baxış

Türkiyəli aktrisa faciəvi şəkildə vəfat etdi

Türkiyənin məşhur “Gözleri Kara Deniz” serialında ikinci planda rol alan 19 yaşlı aktrisa Gamze Saklı yol-nəqliyyat hadisəsində faciəvi şəkildə həlak olub.

Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Rize vilayətinin Çayeli rayonunda baş verib.

Bildirilir ki, Gamze Saklı iki rəfiqəsi ilə birlikdə avtomobildə olub.

Sükan arxasında olan 22 yaşlı Selinay Saral idarəetməni itirərək əvvəlcə yolun ayırıcı zolağındakı dirəyə çırpılıb.

Daha sonra avtomobil qarşı zolağa çıxaraq minik maşını və mikroavtobusla toqquşub, nəticədə avtomobildə yanğın başlayıb.

Zərbənin təsirindən Gamze Saklı avtomobildən çölə düşüb və hadisə yerində həyatını itirib.

Avtomobildə qalan iki rəfiqəsini isə alov bürüdüyü üçün xilas etmək mümkün olmayıb.

Qəzada daha beş nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Gamze Saklı əvvəlcə çəkiliş meydançalarında köməkçi və stilist kimi çalışıb, 2025-ci ildə isə “Gözleri Kara Deniz” serialında ikinci dərəcəli rol alaraq ilk ekran təcrübəsini qazanmışdı./Globalinfo.az

Bizə qoşulun