Kahramanmaraşın Onikişubat rayonunda yerləşən orta məktəbdə baş verən silahlı hücumun görüntüləri yayılıb.
Medianews.az bu haqda Haberler.com-a istinadən xəbər verir.
Kadrlarda ard-arda atəş səsləri eşidilir, panikaya düşən bəzi şagirdlərin isə pəncərələrdən atıldığı görünür.