“Türkiyə-Ermənistan sərhədləri yaxın aylarda açıla bilər”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində addımlar atılır: “Həmçinin Azərbaycanla Ermənistan arasında de-fakto sülh əldə edilib. Ermənistanda revanşist muxalifətin liderlərindən olan sabiq prezident Robert Koçaryanın Respublika Partiyası "erməni soyqırımı”nın inkarını cinayət hesab edən qanun layihəsini yenidən parlament gündəliyinə çıxarır.
Məqsəd baş nazir Nikol Paşinyanı seçki öncəsi qondarma “soyqırımı”ndan imtina etməkdə günahlandırımaq və onun Türkiyənin maraqlarına xidmət etdiyi görüntüsünü yaratmaqdır.
Ermənistan müxalifəti Rusiyanın dəstəyi ilə çalışır ki, gələn ilk keçiriləcək parlament seçkisi öncəsi xaos yaratsın. Artıq Rusiya rəsmiləri öz açıqlamalarında erməni revanşistlərin mövqeyinə uyğun danışır. Bu həm də onu göstərir ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafında maraqlı deyil, çünki yenidən ermənilərin əli ilə ərazi iddialarını qaldırmaq siyasəti yürüdür”.
Toğrul Əli,
Medianews.az