Medianews.az
Tranzit dediyin yerdə keçid nədir?
61 baxış

Tranzit dediyin yerdə keçid nədir?

Ayrı-ayrı ölkələrin Ermənistana göndərdiyi məhsullar bir müddətdir Azərbaycan ərazisindən keçməklə də çatdırılır. Bu proses tranzit adlanır.

Medianews.az bildirir ki, tranzit sözü latınca keçid, keçmə deməkdir, beynəlxalq ticarətdə yükün bir ölkədən digərinə üçüncü ölkədən keçməklə daşınmasını ifadə edir.

Lakin Azərbaycan mediasında ölkəmizdən tranzit qaydada Ermənistana daşınan yüklər haqda məlumatlarda tranzit və keçmə sözlərinin hər ikisi yanaşı işlədilir. Məsələn, “Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib”.

“Azərbaycandan keçməklə Ermənistana taxıl göndərilib”, yaxud “Azərbaycandan tranzit qaydada Ermənistana taxıl göndərilib” yazılsa düz olar.

Tranzit sözü olan yerdə keçmə; keçmə sözü olan yerdə tranzit artıqdır.

Medianews.az

Bizə qoşulun