Medianews.az
Trampla GÖRÜNTÜLƏRİ yayılan "qadın komandir" saxta çıxdı -
60 baxış

Trampla GÖRÜNTÜLƏRİ yayılan "qadın komandir" saxta çıxdı - FOTOLAR

Sosial mediada ABŞ ordusunun yüksək rütbəli qadın komandiri kimi təqdim edilən sarışın əsgərin fotolarının saxta olduğu üzə çıxıb.

Medianews.az xəbər verir ki, araşdırmalar göstərib ki, geniş yayılmış həmin şəkillər süni intellekt vasitəsilə yaradılıb və belə bir şəxsin reallıqda mövcudluğuna dair heç bir məlumat yoxdur.

Son günlər müxtəlif platformalarda yayılan paylaşımlarda forma geyinmiş sarışın qadın ABŞ ordusunun yüksək rütbəli komandiri kimi təqdim edilirdi. Fotolarda həmin qadının ABŞ-ın keçmiş prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampla birlikdə çəkildiyi iddia olunan görüntülər də yer alıb.

Paylaşımlar qısa müddətdə sosial mediada sürətlə yayılıb, minlərlə bəyənmə və şərh toplayıb. Bir çox istifadəçi görüntülərin real olduğunu düşünərək paylaşımı geniş şəkildə tirajlayıb.

Lakin aparılan rəqəmsal təhlillər nəticəsində məlum olub ki, sözügedən fotolar süni intellekt texnologiyalarından istifadə edilərək hazırlanıb. Şəkillərdə təqdim olunan qadının ABŞ ordusunda belə bir vəzifədə çalışdığına dair rəsmi məlumat yoxdur.

Bundan əlavə, qadını ABŞ komandiri kimi təqdim edən “jessicaa.foster” adlı İnstaqram hesabının təxminən 875 min izləyicisi olduğu bildirilib. Hesabda paylaşılan görüntülərin böyük hissəsinin də süni intellektlə yaradıldığı ehtimal olunur.

Mütəxəssislər qeyd edir ki, son dövrlər süni intellekt texnologiyalarının inkişafı sosial mediada bu cür saxta görüntülərin artmasına səbəb olur və istifadəçilərin məlumatları paylaşarkən daha diqqətli olmaları vacibdir.

Milyonlarca kişiyi bu fotoğraflarla kandırdılar

Milyonlarca kişiyi bu fotoğraflarla kandırdılar

Milyonlarca kişiyi bu fotoğraflarla kandırdılar

Bizə qoşulun