Medianews.az
Çempion yarışları rəzalət adlandırdı və oğlunu Azərbaycana verdi -
138 baxış

Çempion yarışları rəzalət adlandırdı və oğlunu Azərbaycana verdi - QALMAQAL

Rusiya idman dünyasında böyük şok yaradacaq və geniş müzakirələrə səbəb olacaq çox ciddi bir qalmaqal yaşanır.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, fiqurlu konkisürmə üzrə dünyaşöhrətli rusiyalı çempion Yevgeni Plyuşenko ölkəsindəki mövcud idman mühitini sərt şəkildə tənqid edərək, oğlunun bundan sonra Azərbaycanı təmsil edəcəyini bəyan edib. Məşhur idmançı Rusiyada hazırda idmançıların kütləvi şəkildə gerilədiyini və deqradasiyaya uğradığını bildirib.

Plyuşenkonun sözlərinə görə, beynəlxalq sanksiyalar səbəbindən yalnız Rusiya daxilində keçirilən yarışlar idmançılara lazımi inkişaf səviyyəsini və rəqabəti təmin edə bilmir. O, oğlunun gələcək karyerasını xilas etmək üçün bu addımı atdığını vurğulayıb: "Onun mütləq beynəlxalq arenaya çıxması, orada sürüşməsi və çıxış etməsi lazımdır. Çünki düzünü desəm, bizim burada hazırda tam bir deqradasiya prosesi gedir. Kirova, Permə, Yekaterinburqa və ya Moskvaətrafı bölgələrə yarışlara getmək əlbəttə ki, qəşəngdir. Lakin bu, bizim idmançılarımızın peşəkar cəhətdən məhv olması və deqradasiyaya uğraması deməkdir".

Dünya çempionunun bu sensasion qərarı Rusiya idman rəhbərliyində və mediasında ciddi narazılıq dalğası yaradıb.

Bizə qoşulun