2026-cı ilin dünya futbol çempionatının yarımfinal cütlükləri bəllidir:
Fransa – İspaniya
İngiltərə – Argentina.
Medianews.az bildirir ki, Fransa qrupda Seneqal (3:1), İraq (3:0) və Norveçi (4:1) udub, 1/16 finalda İsveçi (3:0), 1/8 finalda Paraqvayı (1:0), dörddə bir finalda Mərakeşi (2:0) keçib.
İspaniya qrupda Kabo Verde ilə sülh bağlayıb (0:0), Səudiyyə Ərəbistanı (4:0) və Uruqvayı (1:0) yenib, 1/16 finalda Avstriyanı (3:0), 1/8 finalda Portuqaliyanı (1:0), dörddə bir finalda Belçikanı (2:1) ələyib.
İngiltərə qrupda Xorvatiya (4:2) və Panamanı (2:0) məğlub edib, Qana ilə bərabərliyə imza atıb (0:0), 1/16 finalda Konqo Demokratik Respublikasını (2:1), 1/8 finalda Meksikanı (3:2), dörddə bir finalda Norveçi (2:1) yarışdan çıxarıb.
Argentina qrupda Əlcəzair (3:0), Avstriya (2:0) və İordaniyanı (3:1), 1/16 finalda Kabo Verdeni (3:2), 1/8 finalda Misiri (3:2), dörddə bir finalda İsveçrəni (3:1) təslim edib.
İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
Geridə qalmış 100 oyunda vurulan 292 qolun 14-ü avtoqoldur.
Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 8, Erlinq Holann (Norveç) 7, Harri Keyn və Cud Bellingem (İngiltərə) 6, Usman Dembele 5 qola imza atıb.
4 oyunçu 4 qolun, 15 oyunçu 3 qolun, 29 oyunçu 2 qolun, 119 oyunçu 1 qolun müəllifidir.
1930-2022-ci illərdə Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə çempion olub.
Toğrul Əli,
Medianews.az