Medianews.az
Dünya çempionatları
85 baxış

Dünya çempionatları tarixində ilk yaşanıb

Dünya çempionatları (DÇ) tarixində ilk dəfə olaraq FIFA reytinqinin ilk dörd pilləsində qərarlaşan milli komandalar yarımfinal mərhələsinə yüksəlib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, DÇ-2026-nın 1/4 final mərhələsinin oyunları başa çatıb və bununla da yarımfinal cütlükləri müəyyənləşib.

Növbəti mərhələdə Argentina və İngiltərə, həmçinin Fransa və İspaniya yığmaları qarşılaşacaqlar. Beləliklə, dünya çempionatları tarixində ilk dəfə FIFA reytinqinə görə dünyanın dörd ən yaxşı komandası yarımfinala yüksəlib: Argentina (1), İspaniya (2), Fransa (3) və İngiltərə (4).

DÇ-2026-nın 1/2 final matçlarının təqvimi:

- 14 iyul, saat 23:00. Fransa - İspaniya;

- 15 iyul, saat 23:00. İngiltərə - Argentina.

Bizə qoşulun