ABŞ Prezidenti Donald Tramp ağır iş qrafikinə qısa fasilə verərək Oval Ofisdə qonağı olan uşaqlarla səmimi söhbət edib.
Medianews.az xəbər verir ki, uşaqlarla görüş zamanı Tramp onlara hədiyyələr verib və əyləncəli dialoqlar qurub.
Görüntülər Ağ Evin Kommunikasiya üzrə müşaviri Marqo Martin tərəfindən çəkilərək sosial mediada paylaşılıb.
Videoda uşaqlardan birinin “Adınız nədir?” sualına Trampın gülümsəyərək “Mənim adım Donalddır” cavabını verməsi geniş reaksiyaya səbəb olub. Prezident eyni zamanda uşaqlara xatirə sikkələri və xüsusi qələmlər hədiyyə edib.
Ağ Evdən bildirilib ki, uşaqlar sadəcə “salam vermək” üçün ofisə daxil olublar. Lakin görüntülər sosial mediada böyük maraq doğurub və qısa müddət ərzində yüz minlərlə baxış, eləcə də 500.000-dən çox şərh toplayıb.
Medianews.az