Medianews.az
Trend olan dərs
55 baxış

Trend olan dərs VİDEOSU müzakirə yaratdı

Sinifdə şagirdlərə “V” və “W” hərflərinin tələffüzünü öyrədən müəllimin videosu sosial mediada gündəm olub.

Medianews.az xəbər verir ki, müəllimin əyləncəli tədris üsulu diqqət çəksə də, onun geyimi müzakirə mövzusuna çevrilib.

Videoda müəllimin iki hərf arasındakı fərqi izah etdiyi və şagirdlərin tələffüzü təkrarladığı anlar yer alıb. İzləyicilərin bir qismi müəllimin dərs metodunu bəyənsə də, digərləri onun geyiminin sinif mühitinə uyğun olmadığını iddia edib.

Sosial mediada yayılan görüntülər qısa zamanda trend mövzusuna çevrilib və istifadəçilər arasında fikir ayrılığı yaradıb.

Medianews.az 

Bizə qoşulun