Medianews.az
Bu ərazidə 13-dan qaz
87 baxış

Bu ərazidə 13-dan qaz OLMAYACAQ

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Bizə qoşulun