Medianews.az
Trampın mesajı bazarları silkələdi:
101 baxış

Trampın mesajı bazarları silkələdi: Neft kəskin bahalaşdı

Körfəz bölgəsində ABŞ ilə İran arasında artan gərginlik və ABŞ prezidenti Donald Trampın dəniz blokadasının uzana biləcəyinə dair açıqlaması qlobal enerji bazarlarında ciddi dalğalanma yaradıb.

Medianews.az xəbər verir ki, beynəlxalq bazarlarda neftin bir bareli 122 dolları keçərək son illərin ən yüksək səviyyəsinə qalxıb.

Artımda xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi əsas rol oynayıb.

Bölgədə ABŞ hərbi qüvvələrinin fəallığının artdığı, İranın isə sərt bəyanatlarla cavab verəcəyi barədə xəbərdarlıqlar etdiyi bildirilir. Diplomatik danışıqların nəticəsiz qalması vəziyyəti daha da gərginləşdirir.

Ekspertlər mümkün neft tədarükü kəsintisini əsas risk kimi qiymətləndirir. Hərbi eskalasiyanın enerji axınına birbaşa təsir edə biləcəyi vurğulanır.

İnvestorların daha təhlükəsiz aktivlərə yönəldiyi, enerji və xammal bazarlarında dalğalanmanın gücləndiyi müşahidə olunur. Analitiklər gərginlik davam edərsə, neft qiymətlərinin daha da arta biləcəyini bildirirlər.

Medianews.az

Bizə qoşulun