Medianews.az
Trampdan Talibana çağırış:
127 baxış

Trampdan Talibana çağırış: “7 milyard dollarlıq silahları qaytarın”

ABŞ prezidenti Donald Tramp 2021-ci ildə Əfqanıstanda qalan təxminən 7 milyard dollarlıq hərbi texnikanın Talibannın geri qaytarmasını yenidən tələb edib.

Medianews.az-ın məlumatına görə, Tramp bildirib ki, sözügedən texnika ABŞ-a qaytarılmalıdır.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, geri çəkilmə zamanı ölkədə milyardlarla dollar dəyərində hərbi avadanlıq qalıb. Bu texnikaya nəqliyyat vasitələri, silahlar və müasir hərbi sistemlər daxildir və onların əksəriyyəti Talibanın nəzarətinə keçib.

Tramp əvvəlki açıqlamalarında Əfqanıstana veriləcək maliyyə yardımının bu texnikanın geri qaytarılması ilə şərtləndirilə biləcəyini qeyd edib. Bu yanaşma Vaşinqtonun Taliban üzərində təzyiq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Taliban isə bu tələbi qəbul etmir, sözügedən hərbi avadanlıqlar ölkənin təhlükəsizliyi üçün zəruri olduğunu vurğulayır.

Mütəxəssislər hesab edir ki, ABŞ istehsalı olan silahlar Talibanın hərbi imkanlarını gücləndirib və bu texnikanın digər qrupların əlinə keçməsi qlobal təhlükəsizlik üçün ciddi risk yaradır.

Məsələ Trampın son açıqlamalarından sonra yenidən beynəlxalq gündəmdə müzakirə olunur.

Medianews.az

Bizə qoşulun