Medianews.az
Trampdan İrana nüvə sazişi ilə bağlı sərt xəbərdarlıq -
113 baxış

Trampdan İrana nüvə sazişi ilə bağlı sərt xəbərdarlıq - FOTO

ABŞ prezidenti Donald Tramp İranla aparılan nüvə proqramı üzrə danışıqlara dair sərt açıqlama verib.

Medianews.az xəbər verir ki, o, İran hakimiyyətini prosesi düzgün idarə etməməkdə ittiham edib və açıq xəbərdarlıq mesajı göndərib.

Tramp “İran özünü toparlaya bilmir, nüvə olmayan sazişi necə imzalayacaqlarını bilmirlər. Yaxında ağıllarını başlarına yığsınlar” ifadələrini işlədib. Bu bəyanat Vaşinqton-Tehran dialoqunda gərginliyin artdığı kimi qiymətləndirilir.

ABŞ lideri həmçinin “Artıq o yaxşı adam yoxdur” (“No more Mr. Nice Guy”) yazılı görüntü paylaşaraq İranla münasibətlərdə daha sərt xəttin ola biləcəyinə işarə edib.

Medianews.az

Bizə qoşulun