Hörmüz boğazı ABŞ-nin nəzarəti altında olacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Yəqin ki, biz onu idarə edəcəyik. Biz boğazın mühafizəçisi olacağıq. Hətta buna boğazın qoruyucu mələyi də demək olar. Bunun qarşılığında isə bizə ödəniş edilməlidir", – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Vaşinqton İrana qarşı yenidən güclü zərbələr endirəcək:
"Dünən gecə onlara güclü zərbə endirdik. Bizim razılaşmamız var idi. Bunu heç kim bilmir, amma belə bir razılaşma mövcud idi və onlar onu pozdular. Onlar razılaşmanı həmişə pozurlar. Buna görə də biz onlara yenidən çox güclü zərbələr endirəcəyik.//Bakıvaxtı.az