Medianews.az
Deklan Rays Argentina ilə
99 baxış

Deklan Rays Argentina ilə matça hazırdır

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyunda meydana çıxa biləcək.

Medianews.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mədə narahatlığını arxada qoyan 27 yaşlı futbolçu tam sağalıb və baş məşqçi  Tomas Tuxelin seçimində yer alacaq. Onun Argentina ilə qarşılaşmaya start heyətində başlaması gözlənilir.

Niko Oreyli də sağlamlıq problemini aradan qaldıraraq məşqlərə qayıdıb. Yalnız Jarell Kuansa cəzalı olduğu, Jordan Henderson isə bilək nahiyəsindən aldığı zədə səbəbindən yarımfinal görüşünü buraxacaq.

Qeyd edək ki, İngiltərə - Argentina oyunu iyulun 15-də keçiriləcək./Qol.az

Bizə qoşulun