"Brayton" "Tottenhem"in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb.
Medianews.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Xorvatiya millisinin üzvü olan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Müqaviləyə daha bir il uzadılma bəndi də daxil edilib.
Qeyd edək ki, Luka Vuşkoviç ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 6 qol vurub./Qol.az