Medianews.az
Tramp 2028-ci il seçkiləri üçün
51 baxış

Tramp 2028-ci il seçkiləri üçün potensial varislərini açıqladı

"2028-ci il seçkiləri üçün favoritlər var, lakin konkret seçim barədə danışmaq hələ tezdir".

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "News Nation"a verdiyi müsahibədə bu barədə danışıb.

Respublikaçılar Partiyasının 2028-ci ildə prezidentliyə namizəd ola və Donald Trampın irsini davam etdirə biləcək varislərin "ehtiyat oyunçular skamyası" var.

Bunu təsdiqləyən Ağ Ev lideri deyib:

"Şübhəsiz ki, yaxşı "namizədlər skamyamız" mövcuddur. Biz çox istedadlı insanlara sahibik".

D.Tramp qeyd edib ki, onun favoritləri var, lakin vəziyyət dəyişə biləcəyi üçün konkret şəxsi elan etmək hələ tezdir. Bununla belə, ABŞ rəhbəri mümkün namizədlər sırasında vitse-prezident Cey Di Vensin, dövlət katibi Marko Rubionun və maliyyə naziri Skott Bessentin adlarını çəkib və onları "əla" adlandırıb.

Bizə qoşulun