Yanvarın 22-də Hindistanın Çattisgarh ştatında fəaliyyət göstərən polad zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində azı 6 işçi həlak olub, daha beş nəfər yaralanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Parlayış zavodun toz yığımı kamerasında baş verib, nəticədə işçilərin üzərinə qaynar toz kütləsi sıçrayıb və onlar ağır yanıq xəsarətləri alıblar.
Yerli hüquq mühafizə orqanları faktla bağlı istintaqa başlayıb.